“AK Parti”nin növbədənkənar konqresi keçiriləcək

ak-partinin-novbedenkenar-konqresi-kecirilecek
Oxunma sayı: 1249

Sabah Türkiyədə "AK parti"nin yeddinci növbədənkənar konqresi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, qurultayda bir sıra mühüm qərarlar qəbul ediləcək.

Həmçinin 8-ə yaxın nazirin də vəzifədən kənarlaşdırılacağı gözlənilir. Bundan əlavə, konqresdə prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü il üçün manifesto və yol xəritəsini açıqlayacaq.

Partiyanın başqan yardımçısı Mahir Ünal açıqlamasında bildirib ki, Prezident komandasıyla bərabər yeni tənzimləmələr həyata keçirəcək.