“Milyonçu” şousunun ikinci sualında “ilişdi” - Foto

milyoncu-sousunun-ikinci-sualinda-ilisdi
Oxunma sayı: 8693

Türkiyədə “Milyonçu” şousunda universitet müəllimi ikinci suala yanlış cavab verərək yarışmanı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, Kenan İmirzalıoğlunun aparıcısı olduğu şounun növbəti iştirakçısı Damla Nurcan Özkılınç adlı müəllim olub.

O, “Bir qabda olan 27 anakardiyadan 9-dan başqa hamısını yesəniz, qabda neçə anakardiya qalır?” sualı qarşısına aciz qalıb. 

“18” cavabını verən D.N.Özkılınçın ikinci sualdan yarışmanı tərk etməsi sosial şəbəkələrin Türkiyə seqmentində gündəm olub.