Akademik Musa Rüstəmov torpağa tapşırıldı - Fotolar

akademik-musa-rustemov-torpaga-tapsirildi
Oxunma sayı: 2978

Dekabrın 1-də akademik Musa Rüstəmovla vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, AMEA-da baş tutan mərasimdə dövlət və hökumət rəsmiləri, ziyalılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Prezidenti adından əklil qoyulub.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!