Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təsviri sənətində qadın obrazı” adlı elmi konfrans və rəsm sərgisi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və digər natiqlər çıxış ediblər.
Çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan xanımının ən gözəl keyfiyyətlərini özündə birləşdirən, tibb elminə böyük töhfələr verən, görkəmli ziyalı alim olduğunu vurğulayıblar. Onlar həmçinin, Zərifə xanımın sədaqətli ömür-gün yoldaşı olduğunu və ailə dəyərlərinin ən gözəl nümunəsini göstərdiyini qeyd ediblər.
Tədbirdə Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.







Son xəbərlər
Son Xəbərlər