Akademiyada seminar-müşavirə keçirilib- - Fotolar

akademiyada-seminar-musavire-kecirilib-
Oxunma sayı: 1041


“Qafqazinfo”ya daxil olan məlumata görə, seminar-müşavirəni giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq belə bir tədbirin keçirilməsini şəhər həyatında əlamətdar hadisə adlandırmış və seminarın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində”mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi öz çıxışında ölkə iqtisadiyyatının sürətli inkişafı üçün aparılan uğurlu siyasətdən danışaraq bunu bir neçə təsnifata bölmüş və əsasən davamlı inkişafa təsir edən amilləri müqayisəli şəkildə seminar iştirakçılarının diqqətinə çatdırıb.