Akademiyada "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları keciriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 6-10 iyun tarixlərində 10.00-13.00 və 17.00-19.00 saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysında bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq imtahanları olacaq.
Sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında baş tutacaq. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir.
Sınaq imtahanları zamanı abituriyentlər Akademiaynın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyyələr, məsləhətlər ala biləcəklər.
Abituriyentlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.
Son xəbərlər
Son Xəbərlər