Akademiyadakı yanğında 14 nəfər tüstüdən zəhərlənib - Video

akademiyadaki-yanginda-14-nefer-tustuden-zeherlenib
Oxunma sayı: 1892

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.