Akar NATO-nun Baş katibi ilə görüşdü

akar-nato-nun-bas-katibi-ile-gorusdu
Oxunma sayı: 1617

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra NATO-nun Baş katibi Stoltenberq Türkiyəyə həmrəylik səfəri edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən Stoltenberq, daha sonra Adanadakı 10-cu Tanker Baza Komandanlığında milli müdafiə naziri Akar tərəfindən qarşılanıb.

Akar və Stoltenberq helikopterlə Hataya gedərək zəlzələnin vurduğu ziyanı havadan araşdırıb.

Nazir Akar zəlzələ və onlardan sonra görülən işlər barədə NATO Baş katibinə məlumat verib.