Akar Reznikovla telefonla danışdı

akar-reznikovla-telefonla-danisdi
Oxunma sayı: 987

Türkiyə və Ukrayna müdafiə nazirləri Hulusi Akar və Aleksey Reznikov arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

H.Akar söhbət zamanı Türkiyənin Ukrayna limanlarında qalan ticarət gəmiləri və A400M təyyarələrinin ölkəyə təhlükəsiz şəkildə qayıtması məsələsini bir daha vurğulayıb.