Akar Ukraynanın infrastruktur naziri ilə danışdı

akar-ukraynanin-infrastruktur-naziri-ile-danisdi
Oxunma sayı: 794

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı olub.

 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Hulusi Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluğunu bildirib.