Akarla Ostin Kabil Hava Limanının təhlükəsizliyini müzakirə ediblər

akarla-ostin-kabil-hava-limaninin-tehlukesizliyini-muzakire-edibler
Oxunma sayı: 2033

Pentaqon rəhbəri Lloyd Ostin və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mətbuat xidmətinin rəhbəri Con Kirbinin bəyanatında bildirilir.

Məlumata görə, tərəflər ABŞ kontingentinin Əfqanıstandan çıxarılması fonunda Kabil Hava Limanında təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə ediblər.

“Ostin və Akar təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparıblar, Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ilə bağlı razılaşmalara dair bundan sonra da birlikdə işləməyə razılıq veriblər”, - deyə Kirbi qeyd edib.