Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Hərbi Departamentindən məlumat verilib.
“Danışıqlar zamanı Ukraynadakı vəziyyət, eləcə də iki ölkə arasında müdafiə idarələri vasitəsilə əməkdaşlığın digər aktual məsələləri müzakirə edilib”, - nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Son xəbərlər
Son Xəbərlər