AKİA haqqında Əsasnaməyə dəyişiklik edildi

akia-haqqinda-esasnameye-deyisiklik-edildi
Oxunma sayı: 3349

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, AKİA Əsasnaməsinin Agentlik sədrinin səalhiyyətlərini müəyyən edən 5.5.5 bəndi bu şəkildə veriləcək:

Agentlik sədrinin müavinləri və Agentliyin struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini nazirliklə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür.

Fərman imzalandığı tarixdən qüvvəyə minir.

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir.