“Qafqazinfo”nun məlumatına görə, AMEA-nın rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə akademik A. Əlizadə festivalın əhəmiyyətindən, xarici ölkələrin bu sahədəki təcrübəsindən danışıb. AMEA-nın prezidenti festivala hazırlıq çərçivəsində elmi-populyar nəşrlərin sayının artırılmasının, həmçinin tədbirdə akademiyanın bütün bölmələrinin yüksək səviyyədə iştirakının təmin olunmasının vacibliyini də vurğulayıb.
Bakı Elm Festivalının direktoru və işçi qrupunun rəhbəri Nuridə Quliyeva tədbirlər planının icra bölgüsü və görülən işlər haqqında geniş məlumat verib.
Sonra fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər