Akif Əlizadə görüş keçirib

akif-elizade-gorus-kecirib
Oxunma sayı: 1001


“Qafqazinfo” AMEA saytına istinadən xəbər verir ki, akademik Akif Əlizadə Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin dəvəti ilə Bakıda səfərdə olan innovasiyalar üzrə tanınmış alim, İsveçrənin Cenevrə Beynəlxalq Universitetinin professoru, Dr. Doğan Güveni qəbul edib.

Görüşdə Azərbaycanda milli innovasiya sisteminin mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, fikir və tövsiyyələr irəli sürülüb.

Qeyd edək ki, yanvarın 16-sı Dr. Doğan Güven AMEA-da innovasiyalar üzrə təqdimatla çıxış edəcək.