Azərbaycan Prezidenti İlham Əliyev Akif Əsgərovla bağlı sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, tanınmış heykəltəraş olan A. Əsgərov Azərbaycanın xalq rəssamıdır.
Son xəbərlər
Son Xəbərlər