Akif Mustafayev vəfat etdi

akif-mustafayev-vefat-etdi
Oxunma sayı: 5942

“Əməkdar mühəndis”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri Akif Mustafayev vəfat edib.

Bu barədə “Qafqazinfo”ya sözügedən ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib. 

D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: “O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3  aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi”. 

Qeyd edək ki, 67 yaşlı  A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb. 

Günel Türksoy