Akif Nağını polisə aparırlar

akif-nagini-polise-aparirlar
Oxunma sayı: 953


 QAT rəhbəri xəbəri təsdiqləyib. A. Nağı Modern.az saytına açıqlamasında bildirib ki, hazırda polisin xidməti avtomobilində BŞBPİ-nə gedir. “Mənə səbəbini deməyiblər. Amma böyük ehtimal erməni deputatların Bakıya gəlməyinə mənim etirazımla bağlıdır”,-deyə QAT sədri bildirib.

Qeyd edək ki, iyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının “Rose Roth” seminarı keçiriləcək. Seminara erməni deputatların da qatılacağı gözlənilir. A. Nağı isə buna etiraz edib.