Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara cavab verildi - Rəsmi

akif-qurbanovun-atasinin-saxlanmasi-ile-bagli-iddialara-cavab-verildi
Oxunma sayı: 5282

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara rəsmi cavab bildirib.

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub:

“Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”.