“Akıncı” təyyarələri Azərbaycanda - Video

akinci-teyyareleri-azerbaycanda
Oxunma sayı: 5767

“Texnofest Azərbaycan”da nümayiş olunacaq Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları artıq Bakıdadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baykar” şirkətinin tviter səhifəsində yazılıb.

Bildirilir ki, Çorludan yola düşən təyyarələr Gürcüstandan keçərək Bakıya enib. “Təxminən 2000 km məsafə qət edən “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib”, - məlumatda deyilir. 

Qeyd edək ki, “Texnofest Azərbaycan” festivalı 26-29 mayda keçiriləcək.