“Akkord” 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi- - Fotolar

akkord-20-yanvar-sehidlerinin-xatiresini-yad-etdi-
Oxunma sayı: 737


Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu gün sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 24 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur və hər il 100 minlərlə insan qəhrəman övladlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edir. Hər li olduğu kimi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin beynəlmiləl kollektivi bu il də Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək ŞƏHİDLƏR XİYABANInda oldular. Hadisə nəticəsində qətlə yetirilən 137 nəfər igid Azərbaycan övladının ruhuna dualar oxundu. Anım tədbirləri təkcə respublikamızda deyil, Korporasiyanın - Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukraynada və Almaniyada olan törəmə şirkət və nümayəndəliklərində də təşkil edildi və şəhidlərin xatirəsi dərin ehtiramla anıldı. Allah rəhmət eləsin!