“Akkord” uşaqlar üçün tədbir keçirib- - Fotolar

akkord-usaqlar-ucun-tedbir-kecirib-
Oxunma sayı: 1346


Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı uşaq internat evində olub. Hər il müxtəlif bayramlar və digər önəmli tarixlərdə 140 nəfər əqli və fiziki cəhətdən qüsurlu uşaqların yaşadığı bu internat evində yaşayan uşaqları ziyarət edən “Akkord” nümayəndələri ənənəyə sadiq qalaraq bu dəfə də görüşə əlidolu gəliblər. Uşaqlar üçün xüsusi gigiyenik vasitələr, ərzaq və şirniyyat məhsulları, oyuncaqlardan ibarət bayram sovqatı gətirən Korporasiya nümayəndələri onları daha bir sürprizlə sevindiriblər. 

Tədbirdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Afaq Quliyeva çıxış edib. 

Tədbirin sonunda bayram tortu kəsildi.