“Akkord”la Çin şirkəti arasında görüş

akkordla-cin-sirketi-arasinda-gorus
Oxunma sayı: 650

Görüş zamanı Akkord Korporasiyası ilə SİNOMA şirkətlər qrupu və SC şirkəti arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları, eyni zamanda SİNOMA Qrupunun törəmə şirkəti olan CBMI şirkətinin Qazax Sement Zavodunda apardığı işlərin hazırkı vəziyyəti müzakirə edilib.

“Qafqazinfo”ya verilən məlumata görə, qonaqlarla səmimi şəraitdə keçən görüşdə “Akkord” Korporasiyasının Direktorlar Şurasının sədri Xaqani Quluzadə Korporasiyanın şirkətlər arasındakı bu əməkdaşlığa çox böyük önəm verdiyini vurğulamış və gələcəkdə həm ölkə daxilində həm də beynəlxalq layihələrdə birgə çalışmaq fürsətlərinin olacağına ümid etdiyini söyləmişdir. Görüşdə xüsusi müzakirə obyekti olan məsələlərdən biri də Qazax Sement Zavodunun gündə 2500 ton klinker istehsal gücünə malik olan xəttinin istifadəyə verilməsi ilə eyni vaxtda yeni – gündə 5000 ton klinker istehsal gücünə malik olacaq yeni xəttinin bünövrəsinin qoyulacağı olmuşdur. Və iki layihənin tamamlanmasından sonra zavodun illik sement istehsalı gücünun 3 000 000 tona çatdırılacağı hədəflənib.

Görüşün sonunda “Akkord”Korporasiyası ilə Sinoma Qrupa daxil olan CBMİ Şirkəti və “SC Endüstri” Şirkəti arasında Qazax Sement zavodda gələcəkdə görüləcək işlərlə bağlı, eyni zamanda, maliyyə və birgə infrastrukturun - enerji, su və su təmizləyici sistemlərin qurulması və s. sahəsində üçtərəfli memorandum imzalanmışdır.