Akkumulyator oğrusundan narkotik çıxdı

akkumulyator-ogrusundan-narkotik-cixdi
Oxunma sayı: 704


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Rasim Babayev avqustun 31-nə keçən gecə Yasamal rayonu Mətbuat prospektində Bakı sakini Qəzənfər İmamverdiyevə məxsus “VAZ-21011” markalı avtomobildən akkumulyator oğurlayıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Rasim Babayev tutularaq üzərindən 5,243 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Emin Zeynalova məxsus “VAZ-2103” markalı avtomobildən də akkumulyator oğurlaması müəyyən edilib.