AKP-CHP koalisiyasının ilk işarəsi - - Ərdoğandan sürpriz görüş

akp-chp-koalisiyasinin-ilk-isaresi-
Oxunma sayı: 5831


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş bu gün günorta saatlarında baş tutacaq. Ərdoğanın iyunun 9-u Antalyada olan Baykala mesaj göndərərək onunla görüşmək istədiyini, Baykalın isə CHP lideri Kemal Kılıçdaroğlu ilə razılaşdıqdan sonra müsbət cavab verdiyi məlum olub. 

Türkiyə mətbuatı Ərdoğan-Baykal görüşünün nəticəsi olaraq Baykalın TBMM-ə sədrliyinə namizədliyinin irəli sürüləcəyini, bunun da AKP ilə CHP arasında koalision hökumət üçün bir araya gələ biləcəyinin işarəsi olduğunu yazıb.