AKP-dən daha 2 istefa - Biri deputat, digəri eks-deputatdır

AKP-dən daha 2 istefa
Oxunma sayı: 2870

Keçmiş Baş Nazir Əhməd Davudoğludan sonra daha iki millət vəkili AKP-dən istefa verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, bunlar Konyadan olan deputat Ömər Ünal və Ağrıdan olan keçmiş millət vəkili Cesim Gökçedir. Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər. 

Xatırladaq ki, dünən Feramüz Üstün, Müftir Cengiz də AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildirmişdilər. Bu istefalardan sonra Davudoğlunun yeni partiya qurmaq üçün işlərini sürətləndirdiyi və 2 ay ərzində yeni partiya quracağı iddia edilir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi