AKP-nin seçki bürosu qarşısında silahlı insident

akp-nin-secki-burosu-qarsisinda-silahli-insident
Oxunma sayı: 2231

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda yerləşən seçki koordinasiya bürosunun qarşısında silahlı insident yaşanıb. 

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, motosikletdə olan 2 nəfər partiyanın Bahçelievlerdə yerləşən bürosunun qarşısından keçərkən onlardan biri havaya atəş açıb.

Güllələrdən 4-ü binanın yuxarı mərtəbələrinə dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda polis hadisəni törədən şəxsləri axtarır.