Yüksək Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulun 31 rayonunda səslərin yenidən sayılması tələbini rədd edib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə partiyanın YSK-dakı təmsilçisi Rəcəb Özəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız 21 rayonda 51 sandıqdakı səslər yenidən hesablanacaq.
“İstanbulda 10 milyon 560 min 963 seçici var. AKP və CHP-nin bələdiyyə rəhbərliyinə namizədləri arasında təxminən 15 min səs fərqi var. Baxın, sandıqların 6 faizi yenidən açıldı, səs fərqi 29 mindən 14 min 600-ə düşdü. Əgər bunun 94 faizi açılmış olsaydı, inanırıq ki, Binəli Yıldırım İstanbul bələdiyyə rəhbəri idi”.
Son xəbərlər
Son Xəbərlər