AKP rəhbərinin maşını atəşə tutulub - Ölən və yaralanan var

akp-rehberinin-masini-atese-tutulub
Oxunma sayı: 735

Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf partiyasının Muradiyyə rayonu üzrə rəhbəri İbrahim Vanlının avtomobili PKK terrorçuları tərəfindən atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İnsident nəticəsində İ.Vanlının mühafizəçisi olan qardaşı oğlu Adnan Vanlı ölüb, daha bir nəfər yaralanıb.

Polis hadisəni törədən terrorçuların tutulması üçün əməliyyat başlayıb.