Aksiyaçılar baş nazirin telefonuna cavab vermədi

aksiyacilar-bas-nazirin-telefonuna-cavab-vermedi
Oxunma sayı: 989


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, aksiyaçılar, hətta, hökumətin də sözünə baxmaqdan imtina ediblər. Baş nazir Manuel Vals tətil edən əməkdaşlarla telefon əlaqəsi yaratmaq istəsə də, bu baş tutmayıb.

Nazir qeyd edib ki, əməkdaşların tətil etməsi Fransanın imicinə zərər vurur.

Tətil aksiyası şirkətin maliyyə vəziyyətinə də ciddi təsir etməkdədir. Rəsmilər şirkətin hər gün 15 milyon avro itirdiyini açıqlayıblar. Aksiya ilə əlaqədar indiyə qədər uçuşların 40 faizi təxirə salınıb.

Əməkdaşların tətil etmə səbəbi isə, bir o qədər də reallığa uyğun deyil. Məlumata görə, Air-Fransın daha ucuza xidmət göstərən Transavia filialını işə salması onların bir müddət sonra iş yerlərini dəyişməsinə və əmək haqlarına mənfi təsir edə bilər.

Hazırda təcrübəsindən asılı olaraq əməkdaşlar illik olaraq 75 min – 250 min avro məbləğində əmək haqqı alırlar.