Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin yaxınlığında minlərlə insan aksiya keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, sakinlər miqrasiya qaydalarını sərtləşdirən yeni qanunlara etiraz etmək üçün küçələrə axışıblar. Onlar bu qanunların ləğvini tələb edirlər.
Sözügedən mitinqdə bir sıra partiya üzvləri də iştirak edir.