Aksiyaçılar İrəvana gedənlərə belə yol verdi - Video

aksiyacilar-irevana-gedenlere-bele-yol-verdi
Oxunma sayı: 3873

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabında video paylaşıb.

Həmçinin oxuyun: “Для этого Азербайджану нужен был полководец”

“Videodan göründüyü kimi eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK-nın təcili tibbi yardım maşınlarının növbəti konveyi Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Körpə oğlan öz valideynləri ilə İrəvana aparılır. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!”, - deyə H.Hacıyev paylaşımında qeyd edib.