Aksiyadakı sözlərinə görə deputatı həbs gözləyir

Aksiyadakı sözlərinə görə deputatı həbs gözləyir
Oxunma sayı: 1115

20 iyun aksiyaları zamanı kütləvi zorakılığın təşkilində, ona rəhbərlik etməkdə və iştirakda günahlandırılan müaxlif deputat Nika Meliyaya qarşı cinayət məsuliyyəti nəzərdə tutulur.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Baş Prokuroluğun rəsmi saytında bildirilir. Meliyanı ona qarşı irəli sürülmüş ititham üzrə 4 ildən 6 ilədək həbs gözləyir. Deputat ona qarşı ittihamın elan olunması üçün  Baş Prokuroluğa dəvət olunub.

Xatırladaq ki, Tbilisidə 20 iyun aksiyaları zamanı vəziyyət Meliyanın “Sizdən soruşmaq istəyirəm, biz niyə parlamentin önündə durmalıyıq, binaya daxil olmamalıyıq?” sözlərindən sonra daha da pisləşib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi