Aksiyalar zamanı 116 nəfər xəsarət alıb

aksiyalar-zamani-116-nefer-xesaret-alib
Oxunma sayı: 695

Venesuelanın paytaxtı Karakas şəhərində aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Nacional” məlumat yayıb.

Nəşrin məlumatına görə, son iğtişaşlar zamanı baş verən toqquşmalarda 116 nəfər xəsarət alıb.

Aprel ayı ərzində etirazçılar hökumət qüvvələri arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 1000-dən çox insan yaralanıb.

Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər. Yeni etiraz aksiyalarına səbəb isə Konstitusiya Assambleyasının çağırılması olub. Müxalifət isə bunu dövlət çevrilişi kimi qiymətləndirib.