Aksiyalar zamanı 14 tələbə yaralanıb

aksiyalar-zamani-14-telebe-yaralanib
Oxunma sayı: 785

Venesuelanın paytaxtı Karakasda davam edən etirazlar zamanı 14 tələbə xəsarət alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela mərkəzi universitetinin rektoru Sesiliya Qarsiya bildirib.

Professorun sözlərinə görə, yaralılardan biri kəllə-beyin travması alıb.

“Universal” portalının məlumatına görə, milli qvardiyanın bölmələri körpülərin birində dinc tələbə nümayişi hücum ediblər. Həmçinin qvardiya şagirdlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, cümə axşamı Ansoateqi ştatındakı politexnik universitetinin tələbə hərəkatının lideri öldürülüb, daha üç nəfər isə yaralanıb.