Aksiyalar zamanı daha bir nəfər öldü

aksiyalar-zamani-daha-bir-nefer-oldu
Oxunma sayı: 710

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lara ştatının Barkisimeto şəhərində baş verən iğtişaşlar zamanı 24 yaşlı kişi güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.  

Bununla da apreldən başlayan aksiyalarda ölənlərin ümumi sayı 70 nəfərə çatıb. 1000-dən çox etirazçı isə xəsarət alıb.