Aksiyanın keçirildiyi küçədə şam edən Zurabişvili fitə basıldı - Video

aksiyanin-kecirildiyi-kucede-sam-eden-zurabisvili-fite-basildi
Oxunma sayı: 2140

Gürcüstanın “Dəyişdir” gənclər təşkilatının fəalları aksiya zamanı “Bia” restoranının çıxışında prezident Salome Zurabişvili ilə qarşılaşıblar.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, restoranda şam edən prezident gözlənilmədən aksiyaçıların əhatəsinə düşüb. Zurabişvili “qul”, “ayıbdır” şüarları ilə qarşılanıb və fitə basılıb.

Prezident fəalların suallarını cavablandırmaqdan imtina edib, jurnalistlərlə belə salamlaşmayıb. O, cangüdənlərin köməyi ilə ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Zurabişvilinin şam etdiyi restoran hazırda müxalifətin aksiya keçirdiyi parlament binasının yaxınlığında yerləşir.