Aksiyaya qoşulan aktrisa həbs edildi

aksiyaya-qosulan-aktrisa-hebs-edildi
Oxunma sayı: 1608

Amerikalı aktrisa Ceyn Fonda Vaşinqtonda iqlim dəyişikliyi əleyhinə keçirilən aksiyada həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis aksiyanın qanunsuz keçirildiyini bildirib. Fonda ilə yanaşı daha 16 etirazçı saxlanılıb.

Bundan əvvəl hər həftə aksiyalara qoşulacağını bildirən aktrisa şəxsi mənfəəti üçün planetin imkanlarından istifadə edənləri tənqid atəşinə tutaraq bunu dayandırmalı olduqlarını qeyd etmişdi. Ceyms Fonda neft müəssisələrinə qarşı çıxanlardan biridir.