Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

aktauda-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-anilib
Oxunma sayı: 1259


“Qafqazinfo”nun məlumatına görə, Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, Aktau şəhərində akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Mərasim keçirilən zalda Xocalı soyqırımı faciəsini əks etdirən foto sərgi, faciəyə ilə bağlı müxtəlif dövrlərdə nəşr edilmiş kitabların, həmçinin ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilib.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, 1992-ci il fevral ayında Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında ümumi məlumat verərək, ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətindən geniş danışıb. Baş konsul “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən tədbirlər haqqında mərasim iştirakçılarına məlumat verərək, Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

Ermənistan dövləti və erməni diasporunun bütün dünyada xalqımıza qarşı törətdikləri qanlı cinayətləri, xüsusi ilə də Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım faktını hər vasitəsi ilə təkzib etdirmək, ölkəmizə qarşı çirkin, məkirli siyasətinin həyata keçirilməsinin qarşısının alınması məqsədilə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Qazaxıstan Respublikasının informasiya məkanında yaradılmış www.xocali.kz saytının yenilikləri barədə təqidimat keçirilib.

Tədbir zamanı həmçinin, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində imza kampaniyası təşkil edilmiş və 200-ə yaxın petisiya imzalanıb.