Aktrisa avtobusun altında qalıb öldü

aktrisa-avtobusun-altinda-qalib-oldu
Oxunma sayı: 1578

Britaniyalı aktrisa Ceyn Heyuord 69 yaşında vəfat edib.

“Qafqazinfo”nun “Daily Mail”ə istinadən məlumatına görə, o, Rikmansuort şəhərində bədbəxt hadisə nəticəsində həyatını itirib. Belə ki, yolu keçmək istəyən Heyuord ikimərtəbəli avtobusun təkərləri altında qalıb. Nəqliyyat vasitəsi onu bir neçə metr irəliyə sürüyüb. Aktrisa aldığı zədələr səbəbindən dünyasını dəyişib.

Saysız-hesabsız rolları ilə tanınan Heyuord son olaraq “Kolleksiya” adlı qısametrajlı filmdə yer alıb.