Bir müddətdir adı komediya ustası Cem Yılmazla eşq dedi-qodularında hallanan aktrisa-müğənni Dəfnə Samyeli iddialara cavab verib.
“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, 46 yaşlı aktrisa sosial media hesabında bunları yazıb:
“Hansı dostumla necə görüşməyim, nə yaşadığım barədə heç kimə açıqlama vermək, kimsədən icazə almaq məcburiyyətində deyiləm. Mətbuat nümayəndələrini aramızdakı hörməti qorumağa dəvət edirəm. Xəyalı başqa niyyətlər üzərində ssenari quranları isə vicdanları ilə baş-başa buraxıram”.
Qeyd edək ki, D.Samyeli bir neçə gün öncə Cem Yılmazın evində qalmış, səhər evdən ayrılarkən paparazzilərin kamerasına tuş gəlmişdi.


Son xəbərlər
Son Xəbərlər