“Bilmirəm o şəkilləri kim, necə və hansı məqsədlə yayıb. Demək istəyirəm ki, o geyimin və rolun mənim şəxsiyyətimə heç bir dəxli yoxdur. O filmdir, obrazdır. Obraza münasibətlərini bildirsinlər. Film 5 il əvvəl çəkilib və televiziyada nümayiş etdirilib. Qəribədir ki, bu görüntülər indi saytlarda yayımlanır. O obraz o tip qadınlara qaşı bir etirazdır”.
Aktrisa bu görüntülərinin 5 il sonra ortaya çıxarılmasının həmkarları ilə bağlı olduğunu istisna edir:
“Bütün həmkarlarımla gözəl münasibətlərim var. Düşünmürəm bu hansısa həmkarımdan qaynaqlanan məsələdir. Çox güman ki, həmin fotoların yayımlanması sayt adminlərinin savadsızlığından irəli gəlir”.
Qeyd edək ki, aktrisa “Gürzə” filminə 2009-cu ildə çəkilib və burda yüngül həyat tərzi keçirən Ziba obrazını canlandırıb.
Son xəbərlər
Son Xəbərlər