Aktrisa serialın 13 bölümündən sərvət qazandı

aktrisa-serialin-13-bolumunden-servet-qazandi
Oxunma sayı: 5362

Türkiyənin “ATV” telekanalında yayımlanan “Yeter” serialında çəkilən aktrisa Pelin Karahanın aldığı maaş açıqlanıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yeni il gecəsi ilk bölümü yayımlanan serialın reytinqi çox aşağı olub. Belə ki, “Yeter” serial reytinqlərində 18-ci yerdə olub.

Hər bölümə görə 50 min lirə (təxminən 25 min manat) qazanan Karahan serialın reytinq qurbanı olmasını ehtimal edərək öz tədbirini görüb. O, öncədən 13 bölümə görə 650 min lirəni (təxminən 325 min manat) nəğd şəkildə alıb.

Qeyd edək ki, P. Karahan “Yeter” serialında Aylin obrazını canlandırır.