Aktrisa təyyarədə qışqıraraq ağladı - Sərxoş imiş...

aktrisa-teyyarede-qisqiraraq-agladi
Oxunma sayı: 1795

Amerikalı aktrisa Selma Blair yaratdığı qalmaqalla yenidən gündəmə gəlib. 

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı aktrisa oğlu Artur və eks-sevgilisi Jason Blain ilə Meksikadan Los-Angelesə qayıtmaq üçün təyyarəyə minib.

Blair bir neçə qədəh şərab içdikdən sonra sərxoş olub, təyyarədə qışqıraraq ağlamağa başlayıb.

Selmanın içkiylə qəbul etdiyi həbləri qarışdırdığını, bu səbəbdən əsəblərinin korlandığı və özünü idarə edə bilmədiyi açıqlanıb.

“Yanımda oğlum var idi. Nə yaxşı ki, o, yatmışdı. Böyük bir səhv etmişəm. Şərabla qəbul etdiyim dərmanları qarışdırmışam. Çox peşmanam, diqqətsizlik etmişəm.”,- deyə aktrisa bildirib.