Aktrisa və rəssam olan yeni birinci xanımdan – - Fotosessiya

aktrisa-ve-ressam-olan-yeni-birinci-xanimdan-
Oxunma sayı: 3706


Dünən Gürcüstan prezidenti Georgi Marqvelaşvili uzun zamandır vətəndaş nikahında yaşadığı sevgilisi ilə münasibətlərini rəsmiləşdirib. 

“Qafqazinfo” xəbər verir ki, Duşeti rayonunda baş tutan nikah mərasimindən sonra ölkənin yeni birinci ledisi Maka Çiçua mətbuata “biz evləndik” açıqlamasını verib. Ötən ilin oktyabrında prezident seçkilərində qalib gəldikdən sonra Margvelaşvilinin şəxsi həyatı, eləcə də heç vaxt gizlətmədiyi qeyri-rəsmi münasibəti ölkə mətbuatının ən çox müzakirə olunan mövzularından biri olub. Hətta prezidentin rəsmi saytında belə qeyri-rəsmi birinci ledi haqqında məlumat yerləşdirilir. 

Ölkə başçısı müsahibələrindən birində ciddi münasibət yaşadığını, lakin evlənməyi planlaşdırmadığını etiraf etmişdi: “Mən piar üçün evlənə bilmərəm, bu, hissləri təhqir etmək olardı. Mən ancaq sevgi əsasında ailə qurmaq istəyirəm. Necə ki güclü və dayanıqlı ailədə yaşamışdım, istəyirəm mənim ailəm də piara deyil, sevgiyə əsaslansın”. 

Margvelaşvilin evlilik qərarı isə gözlənilməz olur... Ölkənin yeni birinci ledisi, 49 yaşlı Maki Çiçua rəssam və aktrisadır. Bir müddət PİK televiziyasında vizajist kimi çalışıb. Bundan başqa, bir neçə il əvvəl “Maestro” telekanalında gələcək birinci ledinin mahnı ifa etdiyi “Elektromaqnit dalğaları” adlı video-çarx nümayiş olunub. O həmçinin, “Keep Smiling” adlı sənədli filmdə də rol alıb. Bir müddət əvvəl isə Gürcüstan mətbuatı onun hamilə olması ilə bağlı məlumat yaymışdı. Lakin məlumat rəsmi olaraq təsdiqini tapmayıb. 

Qeyd edək ki, Maki Çiçuanın da, Margvelaşvilinin də birinci nikahlarından uşaqları var və məhz onların sayəsində tanış olduqları bildirilir.