Türkiyəli aktrisa Derya Alabora “Cici baba” adlı filmin çəkilişi zamanı yaralanıb.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, sənətçi rol yoldaşı Mahir İpek ilə birlikdə mindiyi velosipeddən yerə yıxılaraq xəsarət alıb.
Qəzadan sonra təcili tibbi yardım avtomobili ilə özəl xəstəxanaya aparılan aktrisa ilk müdaxilədən sonra müalicə üçün İstanbula göndərilib.
Filmin çəkilişinə isə fasilə verilib.
Son xəbərlər
Son Xəbərlər