Aktrisa Gupse Özayın atası, vəkil Senih Özay Türkiyədə davam edən karantin qaydaları səbəbindən məhkəməyə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, o, koronavirus səbəbilə 65 yaş və yuxarı vətəndaşlara tətbiq edilən küçəyə çıxma qadağasının hüquqa zidd olduğunu bildirib.
“Avropa İnsan Hüquqları Sözləşməsi (AİHS) və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qaydalarını görməzlikdən gələrək belə bir qərarın verilməsi hüquqsuz bir addımdır. Haqqımı tapdaladığı üçün Konstitusiya Məhkəməsindən şikayətçiyəm”,- deyə S. Özay qeyd edib.
Son xəbərlər
Son Xəbərlər