Aktrisaya “arvadım” deyən pərəstişkar - Həbs oluna bilər

aktrisaya-arvadim-deyen-perestiskar
Oxunma sayı: 2522

Aktrisa Hazal Kayanın iranlı pərəstişkarına qarşı cinayət işi açılıb.

Qafqazinfo” xəbər verir ki, aktrisa onu sosial şəbəkədə narahat edən, evinə hədiyyələr göndərən Eissa Yazdan Karami barədə İstanbul Respublika Prokurorluğuna şikayət edib, daha sonra qurum hərəkətə keçib.

Prokurorluq tərəfindən hazırlanan iddianamədə Karaminin 1 ildən 5 ilə kimi həbsi istənilib.

Sənəddə iranlı fanatın 2015-ci ilin iyun ayından aktrisanın ünvanına məktublar yazdığı, ”sevgilim, arvadım” kimi sözlərdən istifadə olunduğu qeyd edilib.