Aktrisaya qarşı seksual hərəkətlər edən sürücü Polis Bölməsinə çağırıldı

aktrisaya-qarsi-seksual-hereketler-eden-surucu-polis-bolmesine-cagirildi
Oxunma sayı: 5830

Xəbər verdiyimiz kimi, gənc aktrisa Lalə Süleymanova Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisanın şikayəti əsasında Xəyyam adlı taksi sürücüsü 17-ci Polis Bölməsinə çağırılıb.

“Polis əməkdaşları Xəyyam adlı sürücünü tapıb bölməyə gətirdilər. O, məndən üzr istədi. İzahatımı, şikayətimi diqqətə alıb, həmin şəxslə bağlı istintaq başladıldı.

O sürücünün qanun çərçivəsində cəzasını alacağına artıq əminəm”, - aktrisa instaqram hesabında yazıb.