Aktyor dələduzların qurbanı oldu - 9 minlik ziyana düşdü

aktyor-deleduzlarin-qurbani-oldu
Oxunma sayı: 1706

Məşhur aktyor Yiğit Özşener dələduzluq hadisəsi ilə üzləşib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər onun kredit kartının sürətini çıxararaq  9 min TL xərcləyiblər.

Özşener fırıldaqçılarla bağlı prokurorluğa şikayət edib, cinayət işi açılıb.

Aktyor qeyd edib ki, onun telefonuna balansından pul çıxarılması ilə bağlı mesaj gəlib:

“Mesajlardan sonra bankla əlaqə saxladım, kartımı dondurtdurdum. 9 min TL dəyərində pul çıxarıblar. Bu çıxarışı ABŞ-dan ediblər”.